Hər şey öz yerində.
Sayt, sosial şəbəkələr, nömrə və ünvan — telefon üçün səliqəli bir səhifədə. Müştəri axtarmır, bir toxunuşla tapır.
Mağaza standı, NFC vizitkart, maşın stikeri, açarlıq və hədiyyə kartı — hamısı bir sabit QR və NFC linki ilə sizin səhifənizə aparır. Dizaynı biz hazırlayırıq, məzmunu istədiyiniz vaxt yeniləyirik.
Sayt, sosial şəbəkələr, nömrə və ünvan — telefon üçün səliqəli bir səhifədə. Müştəri axtarmır, bir toxunuşla tapır.
Stand, vizitkart, stiker, açarlıq — eyni link istədiyiniz əşyanın üzərində.
Bağlantılar və dizayn dəyişə bilər. Çap olunmuş QR və yazılmış NFC heç vaxt dəyişmir.
Hər məhsul eyni sistemlə işləyir: QR-ı oxudun və ya NFC-yə toxunun, səhifə açılsın. Dizayn sizin brendinizə görə hazırlanır.
Telefona toxunduran kimi şəxsi səhifəniz açılır, “Kontaktı yadda saxla” ilə nömrəniz bir kliklə yazılır.
Müştəri toxunur və birbaşa Google rəy pəncərəsi açılır. Rəy sayınız sürətlə artır.
Instagram, YouTube, blog və mağazanız — masanızda bir stenddə. Qonaqlar oxudur, bütün linkləriniz açılır.
Menyu, sifariş xətti, Wi-Fi və rəy linki — hər masada bir QR və NFC.
Tapan şəxs bir toxunuşla valideynə zəng edir və ya yazır. Yalnız sizin seçdiyiniz məlumat görünür.
Rəngli, möhkəm etiket çantaya bərkidilir. Tapan şəxs QR-ı oxudur və ya telefonu toxundurur — bir toxunuşla valideynə zəng edir.
Polad medalyon uşağın təcili əlaqə səhifəsini açır: valideynə zəng, WhatsApp və vacib qeydlər — nə qədər göstəriləcəyini siz seçirsiniz.
Təcili halda yanındakı şəxs bir toxunuşla ailə üzvlərinə zəng edir. Xəstəliklər, dərmanlar və allergiyalar — yalnız siz açsanız görünür.
Medalyonu oxudan şəxs heyvanın adını və sahibinin əlaqə məlumatını görür.
Parkinq və təcili hallarda sahibinə yazmaq üçün. Taksi və kuryer xidmətləri üçün reklam stikeri.
Sevdiyiniz şəkil akril stenddə; toxunanda xatirə səhifəniz açılır — foto albom, video və sizin mahnınız.
Ad günü, toy, sevgililər günü — kart oxudulanda təbrik videosu və ya albom açılır.
Vizitkart, sosial şəbəkə və ya xatirə səhifəsi — açarlıqda, hədiyyə kimi də.
Telefonu stand, kart və ya stikerə yaxınlaşdırın — səhifə saniyədə açılır. Heç bir tətbiq lazım deyil.
İstənilən telefonun kamerası ilə oxudun. NFC olmayan telefonlar üçün də işləyir.
Sevdiyiniz fincan, telefon qabı, geyim, pulqabı və ya oyuncağa QR və NFC əlavə edirik. Bir toxunuşla şəkillər, video, musiqi və ya əlaqə məlumatlarınız açılır.
Adi NFC çiplər metal səthdə zəif işləyir — metal əşyalara xüsusi on-metal NFC qoyuruq. Telefon qabında çip simsiz şarja mane olmayan yerə yerləşdirilir. Hər əşyanı əvvəlcə yoxlayırıq, davamlılığı materiala görə dəqiqləşdiririk.
Sayt, Instagram, WhatsApp və ünvan — kassada bir toxunuşla.
Menyu, sifariş xətti və rəy linki hər masanın üstündə.
Onlayn qeydiyyat, iş nümunələri və əlaqə bir səhifədə.
Hər kəsə NFC vizitkart: toxunanda kontakt birbaşa telefona yazılır.
Maşın stikeri və vizitkartla müştəri sizi həmişə tapır.
Açarlıq, medalyon, təbrik kartı — sevdiklərinizə yadda qalan hədiyyə.
QR və NFC standlarını brendinizə uyğun dizayn edib hazırlayırıq. Müştəriniz QR-ı oxudur və ya NFC dəstəkli telefonunu yaxınlaşdırır — mağazanızın bütün bağlantıları qarşısındadır.
Dizayn nümunələridir. Material, ölçü və hazırlanma detalları sifariş zamanı dəqiqləşdirilir. Şəkillərdəki QR-lar nümayiş üçündür; sizin standınıza mağazanızın işlək QR-ı əlavə olunur.
Topdan və pərakəndə satış mağazası: sayt, Instagram, TikTok, iki WhatsApp xətti, ünvan və e-poçt — hamısı bir QR və bir NFC toxunuşu ilə.

Stand, vizitkart, stiker və ya açarlıq — bəyəndiyinizi yazın.
Brend rənglərinizlə, bütün bağlantılarınızla özəl səhifə.
QR çap olunur, NFC çip yazılır və hər məhsul telefonla yoxlanılır.
Məhsul əlinizdə. Bağlantı dəyişəndə yeniləyirik — QR eyni qalır.
Ən çox soruşulanları topladıq. Cavabını tapmadığınız sual olsa, bir mesajla yazın.
Xeyr. NFC vizitkart, Google rəy stendi, menyu stendi, maşın stikeri, açarlıq, uşaq təhlükəsizlik breloku, ev heyvanı medalyonu, xatirə stendi və hədiyyə kartı da hazırlayırıq; Smartify ilə öz əşyanıza da QR/NFC əlavə edirik. Hamısı eyni sistemlə işləyir.
Xeyr. QR və NFC sabit ünvana aparır; bağlantılarınız dəyişsə də yenidən çap lazım deyil.
Kartı telefona toxundurursunuz, səhifəniz açılır. “Kontaktı yadda saxla” düyməsi ilə adınız və nömrəniz bir kliklə telefona yazılır.
iPhone XS və sonrakı modellərdə, NFC-si olan Android telefonlarda. NFC olmayan telefonlar QR-ı oxuyur.
Məhsulun növü, sayı və dizaynına görə. WhatsApp-da yazın və ya müraciət qoyun — sizə uyğun təklif hazırlayaq.
Xeyr. Telefon kamerası QR-ı oxuyur, NFC isə toxunan kimi səhifəni açır.
Stand, vizitkart, stiker və ya hədiyyə — fikrinizi yazın, brendinizə uyğun dizayn və təklif hazırlayaq.
WhatsApp-da yazın